AUT.AZ

Bəraət aldı

PSJ-nin hücumçusu Neymar “Santos”dan “Barselona”ya transferi ilə bağlı açılan korrupsiya işinə görə bəraət alıb.

Aut.az xəbər verir ki, bu barədə məlumatı ESPN yayıb. Qeyd olunur ki, İspaniya prokurorluğu əməliyyatda iştirak edənlərin hamısına bəraət verib. İddiaçı Braziliyanın investisiya şirkəti DIS, Neymardan başqa, onun valideynlərini, iki keçmiş klubunu (“Barselona” və “Santos”), “Barsa”nın  keçmiş prezidentləri Xosep Maria Bartomeu və Sandro Roselli, həmçinin “Santos”un  keçmiş prezidenti Odilio Rodrigesi ittiham edirdi.

Prokuror bütün təqsirləndirilən şəxslərin çıxışlarından sonra “heç bir cinayətin eyhamı belə yoxdur” deyib. O, bütün təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib.

Neymar “Santos”da olarkən onun hüquqlarının 40%-nə sahib olan DIS şirkəti iddia edirdi ki, futbolçunun “Barsa”ya keçidi zamanı sövdələşmənin həqiqi dəyəri aşağı göstərildiyi üçün satışdan gələcək qanuni payını itirib.

Aut.az

Exit mobile version