AUT.AZ

Ağ rəngdən imtina edir

“Mançester Siti”nin qadınlardan ibarət futbol komandası bundan sonra ağ şort geyinməyəcək.

Aut.az xəbər verir ki, bu barədə məlumatı klub özü yayıb.

Klubun açıqlamasında bildirilir ki, bu qərar idmançıların, hətta menstruasiya zamanı da yüksək səviyyədə çıxış etmələrinə kömək edəcək.

2023/24 mövsümündən etibarən klubun forma istehsalçısı tərəfindən komandaya başqa rənglərdə şortlar təqdim ediləcək.

Əvvəllər bu problem “Vest Bromviç” və İngiltərənin qadınlardan ibarət komandasında da diqqət çəkmişdi.

Exit mobile version