AUT.AZ

Banqladeşdən “Sumqayıt”a

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, “kimyaçılar” son olaraq Banqadeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.

Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.

Exit mobile version