AUT.AZ

Ronaldo gizli müqavilə bağlayıb, 20 milyon alıb

“Mançester Yunayted”də qalmaqal yaradan Kriştiano Ronaldo ilə bağlı daha bir xəbər İtaliyadan gəlib.

Aut.az xəbər verir ki, futbolçu “Yuventus”un rəhbərliyi ilə birgə saxta əməliyyatda ittiham olunur. Bu haqda “La Gazzetta dello Sport” məlumat yayıb. Bildirilir ki, “Yuve” rəhbərliyi Ronaldoya komandanın rəsmi maliyyə hesabatlarına daxil edilməyən, təxminən 20 milyon avro ödəyib.

Mənbənin sözlərinə görə, Turin nəhənginin bossları portuqaliyalı ilə gizli müqavilə bağlayıblar. Ronaldo müqavilə üzrə maaşının bir hissəsini vergi ödəmədən və yekun maliyyə hesabatına daxil etmədən, gizli şəkildə alıb.

37 yaşlı portuqaliyalı “Yuve”də 2018-2021-ci illərdə oynayıb. “Qoca sinyora”nın bossları Ronaldonu “Real”dan 117 milyon avroya alıb. Kriştiano “Yuventus”da 134 matçda 101 qol vurub və 22 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version