AUT.AZ

“Onlara yaxın da düşə bilmirəm, əsl maşındırlar”

“Arsenal”ın futbolçusu Qabriel Jesus fiziki forması haqda danışıb. Aut.az xəbər verir ki, Qabriel mövsüm ərzində 70 qarşılaşmada meydana çıxmaq iqtidarında olduğunu bildirib. O, “Reuters”ə müsahibəsində bunun sirrini belə izah edib:

“Oyundan sonra sürətlə və yaxşı bərpa oluram. Yaxşı yeyirəm, yaxşı yatıram və həyatdan zövq alıram.  Ona görə də, bir mövsümdə 50, 60, hətta 70 oyun keçirməyə hazıram.

Düşünürəm ki, çox enerjili oyunçuyam. Hər zaman qaçıram və döyüşürəm. Amma Saka və Martinelli ilə hər gün məşq edəndə anlayıram ki, onlar yaxın da düşə bilmirəm.

Onlar, sadəcə dayanmırlar, əsl maşındırlar, keyfiyyətli oyunçulardır və hələ də gəncdirlər – onların hər birinin cəmi 21 yaşı var”.

 Aut.az  

Exit mobile version