AUT.AZ

Millimizin futbolçusu klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

Aut.Az xəbər verir ki, 20 yaşlı hücumçu “İstanbulspor”dan “Çorum”a keçib.

Onunla 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.

Qeyd edək ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.

Exit mobile version