AUT.AZ

Milli Bosniya və Herseqovinaya da uduzdu

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, yığma Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin minimal hesablı qələbəsiylə başa çatıb. Azərbaycan yığmasının heyətində Hüseyn Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub.

Azərbaycan millisi qrupdakı ilk matçında Ukraynaya 2:5 hesabıyla uduzub.

Avropa çempionatı
Seçmə mərhələ, II tur

27 oktyabr

Bosniya və Herseqovina – Azərbaycan – 1:0
Qol: E.Duqiç, 16
Qırmızı vərəqə: Hüseyn Hüseynov, 87 (Azərbaycan)
Hakimlər: Eldorjan Hamiti, Xhulio Mani (Albaniya), Miguel Nogueira, Hugo Manuel Freire Marques (Portuqaliya)

Exit mobile version