AUT.AZ

Maşın və ya heyvan deyiləm – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski mətbuata açıqlama verib.

Aut.az xəbər verir ki, polyak hücumçu Münheni tərk etməsinə görə peşman olmadığını bildirib. O, “L`Equipe” nəşrinə belə deyib:

“Doğru zamanda doğru yerdəyəm. Möhtəşəm bir klubda olduğum üçün çox xoşbəxtəm, böyük emosiyalar hiss edirəm. Həmişə qol vurmaq üçün acam. Ola bilər ki, qol vurum,  gözəl oyun keçirim, bununla belə, yenə də növbəti matçı səbirsizliklə gözləyirəm.

Uşaq vaxtı da çox qol vururdum, amma heç vaxt da qol vurmaqdan  doymadım. Mənfi emosiyalar sizi dayandıra bilər. Mən maşın və ya heyvan deyiləm, bütün mürəkkəbliyi ilə bir insanam. Pis günlərim, problemlərim də olur. Amma bunları unutmağa çalışıram”.

Aut.az

Exit mobile version