AUT.AZ

Kvaratsxeliya satılır? – İdman direktorunun münasibəti

“Napoli”nin idman direktoru Kristiano Cuntoli Xviça Kvaratsxeliyanın satıla biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, idman direktoru bu məlumatı təkzib edib. Jurnalist Fabritsio Romano “tvitter”də Cuntoliyə istinadən belə yazıb:

“Xviça “Mançester Siti”yə keçir? Əminliklə deyirəm, heç bir danışıq aparılmır. Sizə deyə bilərəm ki, Kvaratsxeliya 100% toxunulmazdır. O, transfer üçün əlçatmazdır”.

Kvaratsxeliya “Napoli”yə bu ilin yayında Batumi “Dinamo”sundan keçib. O, İtaliya A Seriyasının və Çempionlar Liqasının cari mövsümünün 15 oyununda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version