AUT.AZ

Karyerasını bitirdi

Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə “Matç TV” məlumat yayıb.

“Znamya”da çıxış edən 40 yaşlı hücumçu II liqada “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.

Pavluçenko ölkəsində “Rotor”, “Ural”,  “Spartak”, İngiltərədə “Tottenhem” kimi klublarda çıxış edib. O, 2003 – 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib.

Exit mobile version