AUT.AZ

İstəyir ki, kişilər də onlar üçün ayağa qalxsın

“Qrasshopper”in və Xorvatiyanın qadınlardan ibarət milli komandasının 22 yaşlı hücumçusu Ana Mariya Markoviç sosial şəbəkələrdə seksist şərhlər mövzusu ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Ana “20 minuten” portalına açıqlamasında “futbolçular seksist təhqirlərə məruz qalırmı?” sualına belə cavab verib:

“İnsanlara məni o cür mühakimə etmək imkanı vermirəm. Amma qadınla kişi arasındakı fərq ondadır ki, məsələn, mən sosial şəbəkələrdə bikinidə və ya Erlinq Halann çimərlik geyimində görünürsə, şübhəsiz ki, Erlinq seksist şərhləri daha az alır.

Digər qadınlardan dəstək? Biz onsuz da bir-birimizə dəstək oluruq, amma istərdim ki, kişilər də bizim üçün ayağa qalxsınlar. Kişilər həmişə “namuslu insanlar”dan danışırlar, amma belə vəziyyətlərdə bizə dəstək olsalar, əsl nəciblik bu olardı”.

 

Aut.az

Exit mobile version