AUT.AZ

Həftənin ən yaxşısı Mehdi oldu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Aut.az UEFA-nın rəsmi saytına istinadən  xəbər verir ki, “Portu”nun hücumçusu Mehdi Taremi Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

30 yaşlı iranlı səsvermədə Lionel Messi (PSJ), Covanni Simeone (“Napoli”) və Rafa Silvanı (“Benfika”) qabaqlayıb. Taremi “Brügge” ilə matçda (4:0) dubl edib. Portuqaliya klubu bu qələbə sayəsində Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Lionel Messinin “Makkabi”yə  (7:2) vurduğu qol isə ötən həftənin ən yaxşı qolu sayılıb.

Aut.az

Exit mobile version