AUT.AZ

Futbolçuların oynamamaq üçün meydana çıxdığını hiss edib

“Barselona”nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Bavariya” ilə keçirilən qarşılaşmadan sonra (0:3) komandasının oyununu dəyərləndirib. Aut.az xəbər verir ki, o, futbolçuların meydana motivasiyasız çıxdığını bildirib:

“Bavariya” ilə oyundan əvvəl ÇL-də mübarizəni dayandırdığımız bəlli idi. Bunun oyunumuza təsir etməməsinə çalışdıq, amma alınmadı. Bu mövsüm ilk dəfə idi ki, komandanın oynamamaq üçün meydana çıxdığını hiss etdim.

Komanda ilə müzakirə etdik ki, bu matç cəsarət, şərəf və qürur məsələsidir. Lakin heç nə alınmadı. Qarşıda başqa turnirlər var, biz hələ sözümüzü deməmişik”.

Aut.az

Exit mobile version