AUT.AZ

Forması hərraca çıxarılır – üzərində şampan ləkəsi də var

Serxio Aqueronun “Kuinz Park Reyncers”lə matçda geyindiyi forma hərraca çıxarılıb.

Aut.az xəbər verir ki, hücumçunun 13 may 2012-ci ildə KPR-in qapısına 93-cü dəqiqədə vurduğu qol, “Mançester Siti”ni son 44 ildə ilk dəfə çempion etmişdi.

Aqueronun həmin oyunda geyindiyi çempionluq forması “Hansons Auctioneers” tərəfindən hərraca çıxarılacaq. Tədbir noyabrın 3-də baş tutacaq. Hərrac may ayında keçirilməli idi, lakin bəzi səbəblərə görə təxirə salınmışdı.

Hazırda futbolka Britaniyanın milli formalar kolleksiyasında saxlanılır. Formanın satışından əldə olunan gəlir xeyriyyə təşkilatlarına veriləcək.

BBC-nin məlumatına görə, formanın ən azı 20 min funta satılacağı gözlənilir. 16 nömrəli köynək matçdan sonra olduğu kimi qalıb – yuyulmayıb, üzərində şampan ləkələri də var.

Aut.az

 

Exit mobile version