AUT.AZ

DÇ-dən sonra danışıqlar başlayacaq

“Bavariya” hücumçusu Erik-Maksim Şupo-Motinqlə müqaviləni uzatmağın əleyhinə deyil.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport”-un jurnalisti Florian Plettenberq məlumat verib. Onun dediyinə görə, 33 yaşlı kamerunlu futbolçu ilə danışıqlar dünya çempionatından sonra başlayacaq.

Danışıqların çətin keçəcəyi gözlənilir. Həm razılaşmanın şərtləri, həm də məvaciblə bağlı. Hücumçunun qüvvədə olan müqaviləsi gələn ilin yayına başa çatır.

Yeni müqavilə bağlanmasa, o, Münhen nəhəngini azad agent kimi tərk edəcək.

Aut.az

Exit mobile version