AUT.AZ

“Bavariya”nın paltardəyişmə otağına gedib

“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında “Bavariya” ilə keçirilən oyundan (0:3) sonra sabiq komandasının paltardəyişmə otağına daxil olub.

Aut.az xəbər verir ki, polşalı hücumçu sabiq komanda yoldaşları ilə hal-əhval tutub. “Bavriya”nın hücumçusu Tomas Müller görüş haqda fikrini bildirib:

“Levini yenidən görmək həmişə xoşdur. Amma təbii ki, biz ona rəğbət bəsləyirik, xüsusən də onun nə qədər iddialı olduğunu bilirik”.

Levandovski cari mövsümdə Çempionlar Liqasında keçirdiyi 5 oyunda 5 qol vurub. Amma sabiq komandasını məyus edə bilməyib.

“Barselona” turnirin pley-off mərhələsinə çıxmaq şansını itirib.

Aut.az

Exit mobile version