AUT.AZ

Avstraliya yığmasının Qətərdən tələbi

Avstraliya yığması Qətər hakimiyyətinə müraciət edib. Aut.az xəbər verir ki, yığmanın ayrı-ayrı üzvlərinin video müraciətində ərəb ölkəsinin hakimiyyət orqanlarından tələb edilir ki, eynicinslilərin münasibəti cinayət sayılmasın.

Onlar, həmçinin  əmək miqrantları üçün həmkarlar ittifaqının yaradılmasına da çağırış ediblər:

“Dünya çempionatının Qətərdə keçirilməsi qərarının saysız-hesabsız insanlara əziyyət və zərər verdiyini bilirik. Biz cinsi azlıqların hüquqlarını tam dəstəkləyirik. Lakin Qətərdə insanların istədikləri kimi sevmək azadlığı yoxdur.

Problemi həll etmək üçün Qətərdə miqrantlar üçün həmkarlar ittifaqı, resurs mərkəzi yaradılmalı, eynicinslilərin münasibəti isə cinayət sayılmamalıdır”.

Aut.az

Exit mobile version