AUT.AZ

Arvadını qovdu, “Qalatasaray” rəsmilərindən xahiş etdi ki…

Mauro İkardi həyat yoldaşı Vanda Naranı agent vəzifəsindən qovub. Argentinalı futbolçu sentyabrda PSJ-dən “Qalatasaray”a keçib. O, İstanbul nəhəngində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

Aut.az xəbər verir ki, İkardinin keçidinə görə Naraya 1 milyon avro ödənilməlidir. Ancaq Türkiyə mətbuatı iddia edir ki, futbolçu “Qalatasaray” rəhbərliyindən xahiş edib ki, Nara daha onun maraqlarını qorumadığı üçün həmin vəsait ödənilməsin.

Vanda isə bildirib ki, İkardinin “Qalatasaray”a keçidində futbolçunun yeganə nümayəndəsi olub.

Aut.az

Exit mobile version