AUT.AZ

300 minə 8-ci məşqçi

“Şalke” nəhayət, yeni məşqçisinin adını açıqlayıb.

Aut.Az xəbər verir ki, baş məşqçi postu Tomas Raysa tapşırılıb. O, oktyabrın 19-da qovulan Frank Krameri əvəz edəcək.

“Şalke” Raysın keçidini həll etmək üçün “Bohum”la müqaviləsi olan çalışdırıcıya görə qarşı tərəfə 300 min avro təzminat ödəyib.

Bundesliqanın ilk 11 oyunundan sonra yalnız bir qələbə və üç heç-heçə edən “Şalke” 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, eyni zamanda Almaniya kubokunun 1/8 finalında mübarizədən kənarlaşdırılıb.

Bu, son iki ildə “Şalke”də 8-ci baş məşqçi dəyişikliyidir.

Exit mobile version