AUT.AZ

Əmindir, Neymar PSJ-dən ayrılır, İspaniyaya gedir

Braziliya yığmasının sabiq futbolçusu Ze Roberto Neymarın PSJ-dəki durumu haqda danışıb. Aut.az xəbər verir ki, o, həmyerlisinin mövsümün sonunda komandasını dəyişəcəyini vurğulayıb:

“Mənə elə gəlir ki, PSJ azarkeşləri Neymarı heç vaxt 100 faiz dəyərləndirə bilmədilər. Amma bunun günahı onun özündədir.  Hər şey onun davranışından asılıdır.

Neymarla PSJ arasında münasibətlər korlanıb və ayrılıq qaçılmazdır. Onun mövsümün sonunda klubdan ayrılacağına əminəm. Neymar həssasdır, ona dəstək lazımdır. Sevildiyini hiss etmirsə, gedəcək”.

Ze Roberto “Neymar hansı kluba keçə bilər” sualına zarafatla belə cavab verib:

“İspaniyaya gedəcək, “Real”a. Əgər proqnozum səhv çıxsa, mənə zəng edərsiniz”.

Aut.az 

Exit mobile version