AUT.AZ

Zidanın o klubda gözünün olduğuna inanmır

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın “Yuvenus”un “sükanı” arxasına keçəcəyi ilə bağlı söz-söhbət gəzir.

Aut.az xəbər verir ki, Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri bu xəbər münasibət bildirib. O, CBS Sports-a açıqlamasında belə deyib:

“Zidanın adı bir çox komanda ilə əlaqələndirilib. Lakin sonradan bu məlumatlar təsdiqini tapmayıb.  Zizunun “Yuventus”a rəhbərlik etmək istədiyini düşünmürəm. Onun, Fransa millisinə dəvəti necə gözlədiyini görürəm və bunda məntiq də var”.

“Yuventus” Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansının itirib. Turin klubu 11 matçda 19 xal toplayıb və A Seriyasında səkkizinci yerdədir.

Aut.az

Exit mobile version