AUT.AZ

“Ximki” rəhbərliyinə qarşı cinayət işi başlana bilər

Əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqov olan Rusiyanın “Ximki” klubunda yoxlama başlayıb.

Aut.az xəbər verir ki, Rusiya mətbuatının iddiasına görə, klub rəhbərliyinə qarşı cinayət işi başlana bilər. Bildirilir ki, hüquq-mühafizə orqanları futbolçuların və klub işçilərinin 3 aydan artıqdır maaşlarının verilməməsi ilə bağlı xəbərlərə diqqət ayırıblar.

Məvaciblərin uzun müddət ödənilməməsinə görə Rusiya qanunvericiliyində cinayət məsuliyyəti nəzərdə tutulur. “Ximki” rəhbərliyindən konkret olaraq kimə qarşı cinayət işinin açılacağı isə məlum deyil.

Xatırladaq ki, “Ximki” Rusiya Premyer Liqasında 14 oyundan sonra 9 xal toplayıb. Moskva vilayətinin komandası düşmə zonasında – 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Ximki”nin rəhbər şəxsləri arasında da azərbaycanlılar var. Həmyerlimiz Nazim Süleymanov isə “Ximki”nin U-19 komandasının baş məşqçisidir.

Aut.az

Exit mobile version