AUT.AZ

“Qarabağ”ı hədələdi: “Döyüşəcəyik”

UEFA Çempionlar Liqasında uğursuz mövsüm keçirən “Barselona”nın baş məşqçisi Xavi Avropa Liqası ilə bağlı planlarından danışıb.

Aut.az xəbər verir ki, Xavi, komandası qrupda üçüncü yeri tutsa, “Qarabağ”ın da çıxış etdiyi Avropa Liqasına barmaqarası yanaşmayacaqlarını deyib:

“Biz mübarizəmizi Çempionlar Liqasında davam etdirmək istəyirik. Amma bu istəyimiz reallaşmasa, Avropa Liqasının qalibi olmaq üçün aslanlar kimi döyüşəcəyik. Xarakterimiz zəifləməməlidir. “El klasiko”dakı məğlubiyyətdən sonra “Vilyarreal” və “Atletik”lə oyunları yaxşı keçirdik. Pley-offa çıxmasaq, özünəinamı itirməməliyik”.

Hazırda 4 xalla qrup üçüncüsü olan “Barselona” “Bayern”dən 8, “İnter”dən 3 xal geri qalır. Şəxsi oyunlarda katalonları üstələyən milanlılar bu gün autsayder “Viktoriya”nı qəbul edəcək. “Barsa” isə “Bayern”lə qarşılaşacaq.

Exit mobile version