AUT.AZ

Raul kimi düşünən azərbaycanlı futbolçu var?

“Atletik”in hücumçusu Raul Qarsiya futbolçular üçün vergilərin artırılmasının tərəfdarıdır. Aut.az xəbər verir ki, Qarsiya “El Pais” nəşrinə verdiyi açıqlamada bildirib ki, vergilər artırılsa, sevinəcək:

“Mən başa düşürəm ki, həyat, mənim yaşadığım həyat deyil. Hər kəsin layiqli həyat sürə biləcəyi bir dövləti yaratmaq istəyiriksə, dəstək verməliyik. Əgər vəsait hara lazımdırsa, ora gedəcəksə, onda vergiləri qaldırsalar, sevinərəm.

İpoteka kreditində boğulan dostlarım var, ailələrində iki nəfərin işləməsinə baxmayaraq. Elə olmamalıdır ki, ölkədəki iqtisadi vəziyyətə görə “övlad sahibi olmağa dəyərmi” sualını verəsən.

Başa düşürəm ki, vergi yığılmalıdır və mən də belə olmasını istəyirəm. Rahat vəziyyətdə olmaq… niyə həmrəylik nümayiş etdirməyək?”

Elə Azərbaycanda da iqtisadi durumu ağır olan insanların sayı milyonlarladır. İqtisadi böhran Azərbaycan vətəndaşına İspaniya vətəndaşından daha pis təsir edib. Amma maraqlıdır, görəsən, yüksək məvacib alan azərbaycanlı futbolçular arasında Raul Qarsiya kimi düşünəni var? Yoxsa onlar üçün “mən salim olum, cümlə cahan batsa da batsın” düşüncəsi prioritetdir?

Aut.az

Exit mobile version