AUT.AZ

Puldan imtina edəcəyinə inanmır

İtaliya yığmasının sabiq futbolçusu Antonio Kassano Massimiliano Alleqrini “Yuventus”dan istefa verməyə çağırıb.

Turin nəhəngi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Benfika”ya uduzaraq (3:4) 1/8 finala çıxmaq şansını itirib. Aut.az xəbər verir ki, Kassano “Striscia la Notizia”ya müsahibəsində belə deyib:

“O, bacarmadığı üçün getməlidir. Qalib gələndə onun siyahısında 50 çempion var idi. İndi ondan daha çox şey tələb olunur – nəticə isə budur.

Alleqri bunun öhdəsindən gələ bilmir və geri çəkilməlidir. Amma onun puldan imtina edəcəyinə şübhəm var”.

“Yuventus” rəhbərliyi bildirib ki, Alleqri dünya çempionatına qədər postunda qalacaq. Məşqçinin fəaliyyəti ilə bağlı yekun qərar mundial zamanı yaranan fasilədə veriləcək.

Aut.az

Exit mobile version