AUT.AZ

“Onlar bizi öldürdü, ayılmalıyıq”

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Leyptsiq”lə keçirilən oyun (2:3)  haqda danışıb. Aut.az xəbər verir ki, Kurtua klubun rəsmi saytına verdiyi açıqlamada yaxşı oynamadıqlarını etiraf edib:

“Çox sakit başladıq. Meydanda kifayət qədər aqressiv olmadıq, intensivliyimiz yox idi. “Leyptsiq” kimi komandaya qarşı belə oynayacaqsansa, bədəlini yüksək ödəməli olacaqsan.

Onlar sürətli əks-hücumlarda çox təhlükəlidirlər. İki künc zərbəsindən sonra rəqibin bizə qol vurmasına imkan vermək yolverilməzdir. Matç boyu bütün mənzərəni görən bir qapıçı kimi deyə bilərəm ki, 90 dəqiqə ərzində oyunda tam ola bilmədik.

Fasiləyə qədər qollardan birinin əvəzini çıxdıq. Amma onların 3-cü qolu bizi öldürdü. Ayılmalıyıq”.

Aut.az

Exit mobile version