AUT.AZ

Onlar Avropaya, bu isə vətəninə can atır

“Yuventus”un 34 yaşlı argentinalı yarımmüdafiəçisi Anxel Di Mariya vətəninə qayıtmaq istədiyini bildirib. Aut.az xəbər verir ki, bu haqda jurnalist Nikola Skira “tvitter”də yazıb:

“Mənim böyük arzum “Rosario Central”a qayıtmaqdır. Buna çoxdan ümid edirdim, asan deyil, amma çox istərdim. Argentinalı oyunçular Avropaya gəlməyi, mən isə “Rosario”ya qayıtmağı arzulayıram”

Jurnalist qeyd edib ki, Di Mariya müqavilə şərtlərinə görə “Yuventus”u yanvarda da tərk edə bilər. Anxel Turin nəhəngində bu ilin yayından çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 7 oyun keçirib, 1 qol vurub, 4 qol ötürməsi edib.

Aut.az  

 

 

 

Exit mobile version