AUT.AZ

Ona veriləcək vəsaitləri yoxdur

“Sportinq”in baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun komandaya mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, Amorim bu xəbəri təkzib edib. O, “Goal.com”-a açıqlamasında Ronaldonun şərtlərini qarşılayacaq büdcəyə sahib olmadıqlarını deyib:

“Ronaldo yüksək səviyyəli oyunçudur, lakin o, “Mançester Yunayted”in futbolçusudur. Jurnalistlər bu sualı mənə çox verdiyi üçün bu cür cavab verəcəm. “Sportinq”də hər kəs Kriştianonun qayıtmasını xəyal edir, amma sadəcə olaraq onun maaşını verməyə pulumuz yoxdur. Düşünürəm ki, o, Mançesterdə xoşbəxtdir, amma az oynadığı üçün problem yaranır”.

“Sportinq” portuqaliyalının doğma klubudur. Onun bu komandaya mümkün qayıdışı haqqında məlumat yayda yayılmışdı.

Aut.az

Exit mobile version