AUT.AZ

Nazir də müqavilədən danışdı – Başgicəlləndiricidir, amma reallıqdır

Fransanın iqtisadiyyat naziri Bruno Le Mer PSJ-nin hücumçusu Kilian Mbappenin müqaviləsi haqda danışıb.

Aut.az xəbər verir ki, Bruno “L’Equipe” nəşrinə açıqlamasında Mbappenin ağlasığmaz müqaviləsinə görə sevindiyini gizlətməyib:

“Yaxşı xəbərdir, çoxlu vergi ödəyəcək. Yaxşı ki, Kilian bu vergini evdə – Fransada ödəyir. Mbappe eyni şərtlərlə “Real”a  keçsəydi, Fransa hökuməti bizim ictimai ehtiyaclarımızı maliyyələşdirmək üçün bu qədər vergi toplaya bilməzdi. Məbləğ o qədər başgicəlləndiricidir ki, onu qəbul etmək bir qədər çətindir, amma reallıq belədir”.

Bir müddət əvvəl “Le Parisien” qəzetində PSJ ilə Mbappe arasında bağlanan böyük müqavilənin təfərrüatları yayılıb. Məlumata görə, Kilian 3 illik müqavilə ilə Paris nəhəngindən 630 milyon avro alacaq ki, bu da onu tarixin ən çox maaş alan idmançısı edir. PSJ daha sonra bu məlumatı təkzib etdi.

Aut.az

 

Exit mobile version