AUT.AZ

“Nant” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

Fransanın “Nant” komandası Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq. 

Aut.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Antuan Kombuare matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, malili müdafiəçi Şarl Traore zədə səbəbindən bu görüşü buraxacaq.

Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Exit mobile version