AUT.AZ

Murad Musayevin Azərbaycanda dəyişən xarakteri

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına geniş müsahibə verib.

Aut.az xəbər verir ki, Musayev Azərbaycanda olduğu bir il müddətində xasiyyətində də bəzi dəyişikliyin baş verdiyini bildirib. O, “Azərbaycanda bir il ərzində insani baxımından necə dəyişdiniz?” sualına belə cavab verib:

“Məncə, daha xoşniyyətli oldum, sakitləşdim. Başa düşdüm ki, futboldan savayı da işlər var. Əvvəllər kimsə məndən borc alar və deyərdi ki, məsələn, iki həftədən sonra qaytaracağam. Qaytara bilməsəydi, əsəbiləşərdim. İndi bir ildən sonra zəng edib desə ki, tezliklə borcu qaytaracağam, deyərəm ki, narahat olma, nə vaxt olsa, onda qaytararsan. Olmasa, heç lazım da deyil, qaytarma”.

Aut.az

 

Exit mobile version