AUT.AZ

Dünyanın girinc qaldığı sual – Holand, Holan, yoxsa Haland?

Erlinq Halann dünyanı fəth edir. Amma dünya girinc qalıb: onun soyadı necə yazılmalıdır?  Bir çox variant var: Holan, Hollan, Haland, Halland. Elə Azərbaycan mətbuatında da norveçlinin soyadının birmənalı yazılışı yoxdur. Rusiyalı jurnalistlər də bu suala cavab axtarırlar. Aut.az xəbər verir ki, onlar problemi çözmək üçün Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Tərcümə fakültəsinin Skandinaviya, Holland və Fin dilləri kafedrasının baş müəllim Marina Melnikovaya müraciət ediblər. Marina xanım məsələyə belə izah verib:

“Holan və ya Halann yaza bilərsiniz. Soyadı rus dilinə keçirərkən uyğunsuzluqlar olur. Siz hərfi tərcümə edərək transliterasiyadan istifadə edə bilərsiniz: Håland – Holland, ya da hərfdə tələffüzü düzəldərək “Holan” yaza bilərsiniz. “D” tələffüz edilmir. Soyaddakı “nöqtəli a” “o” kimi oxunur. Öz növbəsində, norveç dilindəki “o” hərfi əksər hallarda “u” kimi tələffüz olunur”.

Marina Melnikova “Haaland “Zalsburq”da soyadının yazılışını dəyişdi – əvvəllər Håland idi, indi Haalanddır. Bu dəyişiklik tələffüzə təsir edirmi?” sualına belə cavab verib:

“Fərq yoxdur. 20-ci əsrin əvvəllərində Norveçdə orfoqrafiya islahatı aparıldı: qoşa “a” “å” hərfi ilə əvəz olundu. Qoşa “a” müasir norveç dilində yazılmır, onu yalnız coğrafi obyektlərin adlarında və xüsusi adlarda görmək olar”.

Aut.az

 

 

 

Exit mobile version