AUT.AZ

Azərbaycanlının klubuna keşiş gəldi, dua oxudu ki… – Foto

Əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqov olan “Ximki”nin işləri qaydasında getmir. Komanda heç cür uğursuzluq zolağından çıxa bilmir.

Aut.az xəbər verir ki, rəhbərlik “qara zolaq”dan çıxmaq üçün unikal addım atıb. Belə ki, klubun bazasına keşiş dəvət olunub. O, dua oxuyub, müəyyən dini ayinlər icra edib.

Keşiş bütün otaqlara baş çəkib, hətta yeməkxanada da dua edib. “Ximki” 14 oyundur ki, qələbə qazana bilmir. Rəhbərlik isə inanır ki, keşişin gəlişi bu lənətdən qurtulmağa kömək edəcək.

Qeyd edək ki, məşhur azərbaycanlı mütəxəssis Nazim Süleymanov “Ximki”nin U-19 komandasının baş məşqçisidir.

Aut.az

 

Exit mobile version