AUT.AZ

Axır ki, direktor tapdılar

Lourens Stüart “Çelsi”nin texniki direktoru vəzifəsini icra edəcək. Aut.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Mütəxəssis diqqətini qlobal futbol problemləri ilə bağlı işlərə yönəldəcək. Stüart təyinatına belə münasibət bildirib:

“Çelsi”yə qoşulduğum üçün xoşbəxtəm. Yeni rəhbərliyin baxışı və istiqaməti məni çox sevindirir. “Çelsi”yə dünya səviyyəli qlobal idman təşkilatı qurmaqda kömək etmək istəyirəm”.

Stüart hazırda “Monako”da texniki idman direktoru vəzifəsini tutur. O, Fransa klubunda işini yekunlaşdırdıqdan sonra “Çelsi”yə qoşulacaq.

Mütəxəssis daha əvvəl “Mançester Siti”, “Everton” və İngiltərə yığmasında çalışıb.

Aut.az

Exit mobile version