AUT.AZ

AFFA UEFA-ya şikayət edəcək

AFFA Çempionlar Liqasının 5-ci turunun Almaniyada “Leyptsiq” – “Real” komandaları arasında keçirilmiş oyun zamanı ermənilərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

AFFA rəsmisi məsələdən agah olduqlarını və lazımı sənədlərin hazırlanaraq UEFA-ya müraciət ünvanlayacaqlarını bildirib.

Xatırladaq ki, Almaniyada keçirilmiş görüşdə Qarabağdakı separatçıların “bayrağı” asılıb.

Exit mobile version