AUT.AZ

80 milyondan imtina ediblər

“Atletiko”nun vingeri Joau Feliks karyerasını Almaniyada davam etdirə bilərmiş.

Aut.az xəbər verir ki, onun xidmətində “Bavariya” maraqlı olub. Bu barədə məlumatı “Bayern & Germany” yayıb.

Münhen nəhəngi yayda futbolçunu transfer etmək istəyib. Ona görə “Atletiko”ya 80 milyon avro təklif edilib.

Ancaq “hindular” bu təklifdən imtina ediblər. Onlar futbolçunun satılmadığını bildiriblər.

Məlumata görə, “Bavariya” Feliksə marağını hələ də itirməyib və ola bilsin, gələn yay ona görə yeni təklif göndərsin.

Aut.az

Exit mobile version