AUT.AZ

16 yaşlı uşağa görə 35 milyon?

“Real” “Palmeyras”ın 16 yaşlı futbolçusu Endrikə maraq göstərir.

Aut.az xəbər verir ki, “kral klubu” 16 yaşlı futbolçuya görə 30-35 milyon avro ödəməyə hazırdır. Bu məlumatı “Marca”nın jurnalisti Mario Korteqana “tvitter”də yayıb.

Məlumata görə, futbolçunun sərbəst buraxılması 60 milyon avrodur. Braziliya klubu Fransa PSJ-sinin təklifini rədd edib. Parislilər Endrik üçün 20 milyon avro təklif etmişdilər.

Endrik “Palmeyras” tarixində qol vuran ən gənc futbolçudur. O, 16 yaş 3 aylıq olarkən bunu bacarıb. Gənc braziliyalı 2024-cü ilin iyuluna – 18 yaşı tamam olana qədər heç bir Avropa komandası ilə müqavilə bağlaya bilməz.

Aut.az

Exit mobile version