AUT.AZ

“10 milyon avro onun üçün bir fincan qəhvə puludur”

LISBON, PORTUGAL - SEPTEMBER 05: Javier Tebas President of La Liga talks during Day 1 of Soccerex Europe Convention at Tagus Park on September 5, 2019 in Lisbon, Portugal. (Photo by Gualter Fatia/Getty Images)

La Liqanın prezidenti Xavyer Tebas PSJ-ni maliyyə fırıldağında ittiham edib. Aut.az xəbər verir ki, Tebas UEFA-nı Fransa klubunu dərhal cəzalandırmağa çağırıb. O, “L’Equipe” nəşrinə açıqlamasında belə deyib:

“10 milyon avro PSJ-in prezidenti üçün bir fincan qəhvədir. Parislilər futbolun ekosistemini pozur. Son 6-7 mövsümdə PSJ 1 milyard avro itki ilə üzləşib. Bununla digər klublar necə rəqabət apara bilər? Fransa klubu maliyyə intizamsızlığına görə cəzalandırılmalıdır. PSJ-yə dərhal sanksiyalar tətbiq edilməlidir.

Mbappenin PSJ-də qalmasının klub rəhbərliyinə baha başa gələcəyi məlum idi. Amma Əl-Xəlaifini tanıyan adam kimi deyə bilərəm ki, mətbuata sızan rəqəmlər çox kiçikdir. PSJ məqsədlərinə çatmaq üçün hər şeyə hazırdır. Mbappe daha 200 milyon avro istəsəydi, verəcəkdilər”.

Aut.az

Exit mobile version