AUT.AZ

Ümid edir ki, çox içməyəcək və…

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola norveçli hücumçu Erlinq Halandın dünya çempionatı zamanı yaranan  fasilədə vaxtını necə keçirəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Norveç yığması Qətərdə keçirilən mundialın final mərhələsinə yüksələ bilmədiyi üçün Haland tətilə çıxacaq. Aut.az xəbər verir ki, Qvardiola “talkSPORT”a açıqlamasında hücumçunun artıq çəki ilə qayıtmayacağına inandığını bildirib:

“O, ya Marbelada, ya da Norveçdə olacaq. Onun tətil zamanı özünü necə aparması mövsümün ikinci yarısındakı performansında müəyyənləşəcək. Əminəm ki, o, dünya çempionatında iştirak etmək istəyərdi. Ola bilsin ki, növbəti dünya və ya Avropa çempionatında olsun.

Erlinqin Marbelada qolf oynaya biləcəyi evi var. Ümid edirəm ki, çox içməz və yeməz, yaxşı formada qayıdar”.

Aut.az

Exit mobile version