AUT.AZ

Ukraynalı üçün 35 milyon avro verirlər, amma…

“Şaxtyor”un ukraynalı yarımmüdafiəçisi Mixailo Mudrik “Arsenal”a keçə bilər.  Aut.az xəbər verir ki, “topçular” Ukrayna millisinin futbolçusu üçün 35 milyon avro təklif etməyə hazırdır. “Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçu ilə şəxsən maraqlanır

Lakin o da qeyd olunur ki, “Şaxtyor” futbolçu ilə belə şərtlərlə ayrılmaq niyyətində deyil. “Şaxtyor” rəhbərliyi digər klubların təkliflərini nəzərdən keçirəcək ki, bunların arasında “Yuventus” da var.

21 yaşlı futbolçu bu mövsüm Ukrayna Premyer Liqasında 6 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Bu mövsüm Çempionlar Liqasının dörd oyununda Mudrik 2 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.

Exit mobile version