AUT.AZ

Tezliklə qayıdacaq

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan tezliklə karyerasını bərpa edəcək. Aut.az xəbər verir ki, bu barədə Zidan özü RMC Sport-a açıqlamasında bildirib:

“Tezliklə qayıdacağam. Gözləyin, bir az da gözləyin. Tezliklə. məşqçi karyeramı bərpa edəcəyəm”.

Zinəddin 2021-ci ilin may ayından işsizdir. Əvvəllər mətbuatda belə məlumat yayılmışdı ki, onun PSJ-də işləmək variantı var. Zidanın adı, hətta Fransa yığması ilə də hallanır.

Aut.az

Exit mobile version