AUT.AZ

Tənqidləri dayandırmağın tərəfdarıdır – Zidan

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı tənqidlərə münasibət bildirib. Aut.az xəbər Zidan “RMC Sport”a açıqlamasında mundial ərəfəsində tənqidləri dayandırmağın tərəfdarı olduğunu vurğulayıb:

“Düşünürəm ki, mübahisəni bir kənara qoyub, oyuna və dünya çempionatına yer verməliyik. Sadəcə futbola baxmaq istəyən bütün azarkeşlər üçün.

Hər halda, nəzərə alaq ki, bizim hər hansı məsələ haqqında deyəcəyimiz fikir mütləq şəkildə ədalətli, doğru sayıla bilməz.  Ona görə də tənqidləri dayandırmalı, futbola və rəqabətə yer qoymalıyıq ki, bütün azarkeşlər çox yaxşı vaxt keçirsinlər”.

Aut.az

 

Exit mobile version