AUT.AZ

Ronaldo ilə bağlı məxfi sənədləri məhv ediblər

“Yuventus”un rəhbər şəxslərinin törətdikləri maliyyə pozuntuları ilə bağlı aparılan araşdırma zamanı ilginc fakt ortaya çıxıb. Aut.az xəbər verir ki, işi araşdıran müstəntiqlər müəyyən ediblər ki, rəhbər şəxslər komandanın keçmiş hücumçusu Kriştiano Ronaldo ilə gizli sövdələşmələrlə bağlı sənədləri məhv ediblər. Bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Məlumata görə, “Yuventus”un mənzil-qərargahında aparılan axtarışlar zamanı klubun səlahiyyətli şəxslərinin Ronaldonun müqavilə şərtləri ilə bağlı telefon danışıqları dinlənilib və məlum olub ki, portuqaliyalı ilə bağlı məxfi sənədlər klub rəsmiləri tərəfindən məhv edilib.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Ronaldo “Yuventus”un prezidenti Andrea Anellinin şübhəli bilindiyi dələduzluq işi ilə bağlı prokurorla əməkdaşlıqdan imtina edib.

Aut.az

Exit mobile version