AUT.AZ

“Real”ın necə qalib gəldiyinin sirrini bilmir

İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker “Real” fenomenindən danışıb.

Aut.az xəbər verir ki, Lineker AS nəşrinə açıqlamasında “Real”ın əvvəlki heyətinin olmamasına rəğmən, hələ də qalib gəlməsinə təəccübləndiyini bildirib:

“Bu, böyük klub, böyük komandadır, lakin onlar çox şanslıdırlar. “Real” necə qalib gəlməyin yolunu bilir. Hərdən “Real”ın heyətinə baxıram, əvvəlki kimi xüsusi görünmür. Amma yenə də qalib gəlirlər. Ronaldo olmadan onlar qalib gəlməyə davam edirlər… Necə olur? Bu haqda fikirləşirəm, amma səbəbini tapa bilmirəm”.

Aut.az

 

Exit mobile version