AUT.AZ

Ramos planı

PSJ ispaniyalı müdafiəçi Serxio Ramosla müqaviləni uzatmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ekrem Konur məlumat yayıb. Fransa klubunun rəhbərliyi 36 yaşlı ispaniyalıya daha bir il uzadılması variantı ilə bir illik müqavilə təklif etməyi planlaşdırır.

Daha əvvəl mətbuatda PSJ-nin idman direktoru Luis Kamposun Ramosla müqaviləni yeniləməmək qərarına gəldiyi bildirilirdi.

Ramos bu mövsüm PSJ ilə 15 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Exit mobile version