AUT.AZ

Onlar da ikili standartlardan şikayətçidir

Qətərdə 2022-ci il dünya çempionatına görə ölkəyə qarşı “görünməmiş tənqidi kampaniya”dan şikayətlənirlər.

Aut.az xəbər verir ki, bu barədə Qətər əmiri Təmim bin Həməd Əl Tani danşıb. O,  Şura Məclisinin yeni sessiyasının açılışında deyib:

“Dünya çempionatına ev sahibliyi etmək hüququnu qazandığımızdan bəri, Qətərə qarşı heç bir ev sahibi ölkənin məruz qalmadığı misli görünməmiş bir kampaniya başladıldı.

Əvvəlcə tənqidlərə müsbət yanaşdıq. Amma sonradan məlum oldu ki, böhtan və ikili standartlara əsaslanan kampaniya davam edir və genişlənir”.

 

O qeyd edib ki, Qətərə qarşı ittihamlar o həddə çatıb ki, bir çoxları bu kampaniyanın əsl səbəbləri və motivləri ilə bağlı suallar verməyə başlayıb.

Aut.az

Exit mobile version