AUT.AZ

Niyə qovmurlar?

Kiyev “Dinamo”su cari mövsümdə həm çempionatda, həm də avrokuboklarda uğursuz çıxış edir. Amma baş məşqçi Mirça Luçesku istefaya göndərilmir. Aut.az xəbər verir ki, ukraynalı jurnalist Viktor Vatsko bunun səbəbini açıqlayıb:

“Aydındır, iqtisadi aspekt ən önəmlidir. Bildiyimə görə, “Dinamo”  Luçesku ilə yolları çoxdan ayırardı. Amma bir amil buna mane olur.  Məsələ burasındadır ki, Luçesku özü istefaya getsə, təzminat almayacaq. Amma onu “Dinamo” rəhbərliyi qovsa, onda mütləq təzminat alacaq.

Şəxsən məndə belə bir hiss var ki, problem təkcə Luçeskuda deyil. O, bilsəydi ki, bu komandaya təzə qan cəlb etmək imkanı var, onda barıtının qaldığını göstərərdi. Bəs niyə bunu edə bilmir? Yenə də iqtisadi amil ön plana çıxır”.

Luçesku 2020-ci ildən “Dinamo”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Hazırda “Dinamo” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Aut.az

 

Exit mobile version