AUT.AZ

Danimarkalılar “Qarabağ”ın oyununda

Fransada “Nant” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.

Aut.Az xəbər verir ki, matçı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Yakob Kehletin baş hakim olacağı görüşdə Lars Hummelqard və Viktor Skite köməkçi hakim qismində yer alacaqlar. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Yeroen Manskot, onun köməkçisi Rob Diperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Exit mobile version