AUT.AZ

Məvacibi problem yarada bilər

Lionel Messinin PSJ ilə müqaviləni uzatmasında problem yarana bilər.

Aut.az xəbər verir ki, bu yöndə əsas maneə argentinalı futbolçunun məvacibidir. “Get French Football News” iddia edir ki, PSJ bossları məhz bu məqamdan ehtiyat edirlər.

Ötən mövsüm 350 milyon avro ziyan edən PSJ rəhbərliyi bir daha bu aqibətlə üzləşmək istəmir. Messinin 41 milyon avro maaş alması klubu narahat edib. Tərəflər bu məsələdə həll yolu tapmalı olacaqlar.

Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, PSJ-nin futbol müşaviri Luis Kampos Messi ilə müqavilənin uzadılması variantı üzərində işləyir. O, argentinalıya klubun müqavilə bağlamaq istəyi barədə məlumat verib. Klub oyunçunun peşəkarlığından məmnundur və PSJ-nin prezidenti Nasser Əl- Xəlaifi Leo ilə işləməyi “zövq” kimi qiymətləndirir.

Aut.az

Exit mobile version