AUT.AZ

Kütləvi dava düşdü, 7 futbolçu qovuldu

Uels çempionatında “Banqor 1876” ilə Rila 1879” arasında keçirilən qarşılaşmada kütləvi dava düşüb.

Aut.az xəbər verir ki, 73-cü dəqiqədə hesab 1:1 olarkən baş hakim “Rila”nın baş məşqçisi Qaret Toması meydandan qovub. 84-cü dəqiqədə “Banqor” hesabda önə keçib. Bundan sonra komandanın müdafiəçisi künc nöqtəsinin yaxınlığında vaxtı uzatmağa çalışıb ki, bu da rəqib futbolçuların narazılığına səbəb olub.

Nəticədə “Rila 1879”un 3 futbolçusu ona hücum edib. Komanda yoldaşları müdafiəçinin köməyinə gəlib. “Rila”nın hücumçusu Aleks Cons “Banqor”lu Tom Klarkı vuraraq yerə yıxıb. Hakim onların hər ikisini meydandan qovub.

Amma bu qərar da vəziyyəti sakitləşdirməyib. Klark meydandan qovulduqdan sonra rəqibini təhrik edib. Cons yenidən ona zərbə endirib və bundan sonra kütləvi dava başlayıb. Nəticədə hakim yeddi qırmızı vərəqə göstərib.

Aut.az

Exit mobile version